İraq ordusu Mosul yaxınlığındakı şəhəri İD-dən azad etdi

  Bölmə: Dünya | 4176 | 23:34 07-11-2016

İraq ordusu Mosuldan 25 km cənubda yerləşən Hamam əl-Alil şəhərinin “İslam ordusu” (İŞİD) yaraqlılarından azad edildiyini bəyan ediblər, ordu şəhərin aeroportuna doğru hərəkət edir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.   

Daha öncə İraq ordusunun  Mosulun azad edilməsi üzrə əməliyyata başlanmasından sonra İŞİD-in iki mindən çox yaraqlısını zərərsiləşdiridyinə və qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadinin şəhərdən qaçmasına dair məlumat yayılmışdı. 

“Hammam əl-Alil şəhərinin tam azad edilməsindən sonra federal polis qüvvələri Mosulun beynəlcxalq aeroportuna yola düşüblər”, - İraq ordusunun mətbuat xidməti bəyan edib. 

Mosuldan 25 km şərqdə dəclə çayının sahilində yerləşən Hammam əl-Alil şəhəri 2014-cü ildən İŞİD yaraqlılarının nəzarətində idi.   

N.O.
www.oxu.az


Digər xəbərlər

0.56552290916443