Tanınmış kulturoloq Elza Seyidcahanı müdafiə etdi- ÖZƏL

  Bölmə: Cəmiyyət | 6525 | 13:12 11-11-2016

Elza Seyidcahanın Bayraq Günü münasibəti ilə oxuduğu himn ölkədə böyük səs-küyə səbəb olub. Belə ki, himnin sözlərində bəzi dəyişikliklərə yol verən əməkdar artist sosial şəbəkə istifadəçilərin qınaq obyektinə çevrilib.

İcxeber.com-a danışan tanınmış kulturoloq Aydın Xan Əbilov məsələyə münasibət bildirib və o Elza Seyidcahanı müdafiə edib:

"Səviyyəsizlərin nəzərinə!

9 noyabr Azərbaycan Bayrağı Günü ilə bağlı İctimai Nəzarət Koalisiyası, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin GT-ları, eləcə də kkönüllülərimiz, əməkdar artist Elza Seyidcahan Bakını silkələyən çox möhtəşəm tədbirlər - aksiyalar keçirtdi. Qanında erməni fars və rus qanı olanlar yenə dinc durmadılar və bir həftə ərzində gənc kreativlərlə peşəkar artistlərimizin əməyni yerə vurmağa çalışdılar. Elza xanım İNK TV.az - İnternet Tv-miz üçün maraqlı açıqlamalar verdi və caz-muğam improvizəsində canlı olaraq dövlət himnimizi ifa etdi. Əbəttə, müəyyən mənada 30 dəqiqəlik verilişdən sonra yorğunluq, üstəlik təşkilati məsələlərin ağırlığı öz işini gördü və sevimli sənətkarımız həm də himnə kreativcəsinə yanaşaraq yeni bir tərzdə, bəzi sözlərinə yeni çalar qataraq əla bir ifa ortaya qoydu. Və milçəklər o dəqiqə daraşdılar bala: könül bulandıran atmacaları, hətta təhqir maşınını işə saldılar. Söz yox, buna görə məhkəmədə mələr qoyulacaqlar, amma bizi necə deyərlər piyadalar deyil, bu qara PR aksiyasının arxasındakı şişman ermənipərəstlər və dövlətimizin, millətimizin düşmənləri maraqlandırdığına görə, işi sona qədər, sivil yolla aparacağımıza söz veririk.
Tələsməyin, məşğul olurlar bu məsələylə, indi bağışlanma olmayacaq, həbsxanaya atılmasalar əl çəkən deyilik!!!"


Digər xəbərlər

0.37648320198059