Ermənistanda hərbi komissarlıq əməkdaşı rüşvət almağa cəhd edərkən yaxalanıb

  Bölmə: Dünya | 4257 | 12:32 11-11-2016

Noyabrın 10-da Gümrüdə yerli hərbi komissarlığın əməkdaşlarından biri tutulub.

Oxu.Az NEWS.am-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın sözlərinə görə, nazirliyin müvafiq şöbələrinin əməkdaşlarının əməliyyat-kəşfiyyat tədbirləri nəticəsində rüşvət almağa cəhd edərkən Şirak əyalətinin Gümri regional komissarlığının 4-cü şöbəsinin rəisi, mayor Artyom Marqaryan saxlanılıb. 

Fakt üzrə istintaq aparılır.

N.O.

www.oxu.az


Digər xəbərlər

1.0456998348236