Gülən inqilabçı müftini təriflədi

  Bölmə: Dünya | 4113 | 14:47 14-11-2016

FETÖ lideri Fətullah Gülən son çıxışında Misirin keçmiş müftisi Əli Cüməni tərifləyib.

Axar.az xəbər verir ki, terrorçubaşı müftinin Misirdə təşkilat üzvlərini müdafiə etdiyini deyib:

“Əli Cümə əfəndi sizi Misirdə müdafiə edib. Allah ona can sağlığı versin”.

Xatırladaq ki, Əli Cümə “Sisiyə üsyan peyğəmbərə üsyana bərabərdir”, deməklə hərbi çevrilişlə hakimiyyətə gələn Əbdülfəttah Sisini dəstəkləmişdi. Ayrıca o, çevriliş əleyhdarlarının edam edilməsinin dinə zidd olmadığını bildirib.

Onun bu sözləri müsəlman ölkələrində birmənalı qarşılanmayıb. Dünya Müsəlman Alimləri Birliyinin sədri Yusif əl Qərdavi müftini özündən hədis uydurmaqda günahlandırıb.


Digər xəbərlər

0.22550797462463