Bakıda 34 yaşlı qadın özünü öldürmək istədi

  Bölmə: Hadisə | 5661 | 15:01 14-11-2016

Bakının Xəzər rayonunda 34 yaşlı qadın intihar etmək məqsədi ilə çoxlu miqdarda həb qəbul edib.

"Report"un xəbərinə görə, hadisə Mərdəkan qəsəbəsi "Əncirlik" adlanan bağ massivində baş verib.

Belə ki, Y.H. yaşadığı evdə özünü öldürmək məqsədi ilə bir neçə ədəd dərman həbi qəbul edib. Bundan sonra o, zəhərlənib.

Yaxınlarının köməkliyi ilə qadın 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

0.91923213005066