“Anamı həkimlər öldürdü” - Azərbaycanlı aparıcı

  Bölmə: Hadisə | 8361 | 12:18 17-11-2016

Aparıcı Lətafət Ələkbərova ötən gün dünyasını dəyişən anasının ölümündə həkimləri günühlandırıb

Aparıcı axşam.az-a açıqlamasında anasının Hepatit B-dən əziyyət çəkdiyini, həkimlərin buna əhəmiyyət vermədən onu əməliyyat etdiyini söyləyib:

"Başqa bir həkimlə danışmışdım, anamı noyabrın 22-də əməliyyat edəcəkdilər. Gözündə mirvari suyu var idi. Analizində Hepatit B çıxmışdı, həkim də demişdi ki, əvvəlcə müalicə olunmalıdır. Məndən xəbərsiz qardaşım və gəlinimizlə gedib həkimə, Hepatit B ola-ola onu dərhal əməliyyata salıblar. Pul xatirinə anama əziyyət veriblər, onu həkimlər öldürdü. Qardaşım, gəlinimiz bilməyiblər.

Bu işi belə qoymayacam. İstəməzdim anamın qəbri açılsın, nəşi üzərində ekspert aparılsın. Amma həkimlərin səhvinə görə Azərbaycanda nə qədər insan ölməlidir? Anama həkimə tək getməsinə imkan verdiyim üçün özümü bağışlaya bilmirəm. Anamın 63 yaşı var idi, sağlam adam idi”.


Digər xəbərlər

0.16300487518311