Deputat ölüm hökmünün bərpasını istəyir

  Bölmə: Siyasət | 7515 | 20:02 29-11-2016

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elmira Axundova ölkədə məişət zorakılığının artmasından narahatlığını bildirib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, E.Axundova qeyd edib ki, statistikaya görə qadınlara qarşı həyat yoldaşları tərəfindən zorakılıq halları artır: 

“Belə insanlar ömürlük həbsə məhkum edilməlidirlər. Ağır cinayət törədənlər, həyat yoldaşının başını kəsən, azyaşlıları zorlayanlarla bağlı başqa ölkələrdə ölüm hökmü var. Bizdə niyə yoxdur?”

Vitse-spiker Bahar Muradova isə deyib ki, geri qayıtmağa, ölüm hökmünü bərpa etməyə ehtiyac yoxdur.

S.B.


Digər xəbərlər

0.51637005805969