“Cirque du Soleil”in ölən əməkdaşı şounun təsisçilərindən birinin oğludur

  Bölmə: Şou-biznes | 6165 | 13:34 01-12-2016

“Cirque du Soleil”in San-Fransiskoda bədbəxt hadisə nəticəsində ölən əməkdaşı əfsanəvi şounun təsisçilərindən birinin oğludur. 

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, sirkin bəyanatında ölənin 42 yaşlı Olivye Roşettin olduğu bildirilir. Onun ölümü haqqında atası, şounun təsisçilərindən biri olan Jil Sent-Kura məlumat verib.

Bədbəxt hadisəyə səbəb iş yerində baş verən qəza göstərilib. Faciə ilə əlaqədar tamaşa ləğv edilib. 

A.S.


Digər xəbərlər

0.3980188369751