“Best Model of The World - 2016”-da ölkəmizi kim təmsil edəcək? – FOTO

  Bölmə: Şou-biznes | 7812 | 13:35 01-12-2016

Türkiyənin İstanbul şəhərində baş tutacaq “Best Model of The World - 2016”-da ölkəmizi modellər Zəhra QarxanovaYusif Cəfərli təmsil edəcək.

Bu haqda Oxu.Az-a layihənin Azərbaycan üzrə direktoru Aqil Məmiyev məlumat verib.

Onun sözlərinə görə, Zəhra Qaraxanova tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın kolleksiyasından olan milli geyimdə də səhnəyə çıxacaq.

Qeyd edək ki, müsabiqədə Ukraynanı Azərbaycanda yaşayan model Günel Lioanaliyeva təmsil edəcək. Onun anası ukrayna əsillidir. Gizəm Kayalı və Onur Seyit Yaran isə Türkiyəni təmsil edəcəklər.

Qala gecə 3 dekabrda Türkiyənin “Show TV” kanalında canlı yayımlanacaq.

Aytən Sadıqzadə


Digər xəbərlər

0.58109998703003