“AzeriLight”ın qiyməti kəskin artdı

  Bölmə: İqtisadiyyat | 9414 | 12:24 02-12-2016

Azərbaycan neftinin qiyməti 3 dollardan artıq bahalaşıb.

Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 3,47 dollar və ya 6,72% artaraq 55,11 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sifarişi əsasında “AzeriLight” markalı neftin orta müddətli dövr üçün dünya bazar qiymətləri hesablanıb. 

Həmin proqnoza görə, 2017-ci ildə neftimizin orta qiyməti 65 dollar, 2018-ci ildə 80,3 dollar, 2019-cu ildə 76 dollar, 2020-ci ildə 72 dollar olacaq. 

U.A.


Digər xəbərlər

0.16495704650879