Saakaşvili aeroportun tranzit ərazisində yaşamağa hazırdır

  Bölmə: Dünya | 3645 | 04:51 08-12-2016

Gürcüstanın sabiq prezidenti və Odessanın sabiq qupernatoru Mixail Saakaşvili ukrayna vətəndaşlığından məhrum olduğu haıda beynəlxlaq aeroportun tranzit ərazisində yaşamağa hazırdır.  

Oxu.Az “Sputnik-Georgia” istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” telekanalına verdiyi müsahibəsində bildirib. 

Saakaşvilinin ukrayna vətəndaşlığından məhrum edilməsi məsələsi Ukraynanın Ali Radasında noyabr ayında bir sıra deputatların müvafiq ideyanı səsləndirdikdən sonra aktualaşdı.  Onlar Saakaşvilini Gürcüstana təhvil verməyi təklif edib.  

Daha sonra ölkənin baş prokuroru Yuri Lutsenko Saakaşvilinin Ukrayna vətəndaşı olduğunu və ölkənin onu Gürcüstana təhvil vermək fikri olmadığnın bildirib. 

“Ən yaxşı halda hansısa beynəlxalq aeroportun tranzit zalında yaşayacam”, - Saakaşvili Almaniyanın “Deutsche Welle” telekanalına verdiyi müsahibəsində bildirib.

N.O.


Digər xəbərlər

0.18954610824585