Parlament dövlət büdcəsinə təklifləri dəyərləndirmək üçün hökumətə vaxt verib

  Bölmə: Siyasət | 5130 | 04:51 08-12-2016

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başa çatıb.

Oxu.AzAPA-Economics”-ə istinadla xəbər verir ki, parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 9 gün vaxt verilib.

Müzakirələrdən sonra spiker Oqtay Əsədov deyib ki, hökumət dekabrın 16-na kimi qaldırılan məsələlərə baxa bilər və dekabrın 16-da büdcə layihəsi səsverməyə çıxarılacaq.

Qeyd edək ki, büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi dekabrın 8-də davam etdiriləcək.

A.S.


Digər xəbərlər

0.18936491012573