Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb - FOTO + YENİLƏNİB

  Bölmə: Dünya | 5625 | 04:51 08-12-2016

“Pakistan Beynəlxalq Hava Yolları” (PIA) şirkətinə məxsus, göyərtəsində 47 nəfər olan təyyarə qəzaya uğrayıb. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, təyyarə Xeybər-Paxtunxva əyalətinin Çitral şəhərindən ölkə paytaxtı İslamabada doğru hərəkətdə olub.

Məlumata görə, göyərtəsində 5 ekipaj üzvü, 42 sərnişin olan təyyarə havaya qalxdıqdan bir müddət sonra radarlardan itib və ölkənin şimalındakı Abbotabad yaxınlarında dağa çarpılıb. 

Xəbərdə bildirilib ki, sərnişinlər arasında pakistanlı keçmiş pop müğənnisi Cüneyd Cəmşid və ailəsi də var. 

Hökumət rəsmisi Taj Muhammad Xan “Reuters”ə açıqlamasında sərnişinlərin tanınmaz dərəcədə yandığını və qəzadan sağ çıxanın möcüzə olacağını vurğulayıb. 

Hadisənin başvermə səbəbi ilə bağlı rəsmi məlumat yayılmasa da, təyyarənin motorundakı nazaslıq səbəbindən qəzaya uğradığı ehtimal edilir.

16:41

Pakistanın hava yollarına məxsus təyyarə Xavelian şəhərində Abbotabad rayonunda qəzaya uğrayıb. 

Oxu.Az xəbər verir ki, bu barədə “Daily Pakistan” məlumat yayıb. 

“RK-116” təyyarəsinin göyərtəsində 42 sərnişin və beş heyət üzvü olub. 

N.O.


Digər xəbərlər

0.16366600990295