Gəncədə qısqanclıq zəminində gənc qızın boğazı kəsilib – YENİLƏNİB

  Bölmə: Kriminal | 5076 | 04:52 08-12-2016

Gəncə şəhərində 27 yaşlı qadın boğazı kəsilərək qətlə yetirilib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə gecə saatlarında şəhərin Adil xan Ziyadxanov küçəsi, bina 38, ev 70-də baş verib.

Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Verdiyeva Səadət Teyyub qızı yaşadığı mənzildə hələki kimliyi bilinməyən şəxs tərəfindən boğazı kəsilərək qətlə yetirilib.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində törədilib.

Gəncə Şəhər Prokurorluğundanverilən məlumata görə, hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

07.12.2016 23:49

Gəncədə qətl hadisəsi törədilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Adil xan Ziyadxanov küçəsində yerləşən 8 mərtəbəli binanın 7-ci mərtəbəsində olan mənzildə qeydə alınıb.

Mənzildə yaşayan 1989-cu il təvəllüdlü Səadət Verdiyeva boğaz nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Qadının kim tərəfindən öldürülməsi hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

S.B.


Digər xəbərlər

0.18969798088074