Azərbaycanda 4 yaşlı uşaq əməliyyatdan sonra öldü

  Bölmə: Kriminal | 4005 | 00:19 14-12-2016

İmişlidə xəstəxanada uşaq ölümü qeydə alınıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Muradxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Hüseyn Balakişi oğlu Mehdiyevi dekabrın 7-də “kriptorxizm” diaqnozu ilə rayon xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olunub.

Həkimlərin bildirdiyinə görə, əməliyyat normal keçib, əməliyyat öncəsi pasiyentdə heç bir əks göstəriş aşkar edilməyib. Amma buna baxmayaraq dekabrın 8-də axşam saatlarında uşağın vəziyyəti pisləşib və həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

A.M.


Digər xəbərlər

0.43226099014282