Transformatorda yanan sevgililərdən xəbər var

  Bölmə: Cəmiyyət | 4536 | 23:09 17-12-2016

Keçən ilin oktyabrında Bakıda yüksək cərəyanlı transformatorun içinə girən və orada ağır yanıq xəsarəti alan sevgililərin bu gün toyu olub.

Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, 21 yaşlı Fəqan FərzəliyevPərvin adlı gənc qız məktəb illərindən bir-birlərini sevirlər. Keçən il hadisə baş verdikdən sonra tərəflərin qohumları arasında mübahisələr yaransa da, bu gün sevgililər paytaxtın şadlıq evlərindən birində ailə qurublar.

Xatırladaq ki, sevgililər Nəsimi rayonun Ağadadaş Qurbanov küçəsində yerləşən 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olmuşdular.

Elektrik cərəyanın vurması nəticəsində onlar bir müddət reanimasiyada yatıblar. F.Fərzəliyevin bir qolu amputasiya edilmişdi. 

U.A.


Digər xəbərlər

0.36354613304138