Adına torpaq sahəsi olduğu üçün 190 manatı ala bilməyənlərə ŞAD XƏBƏR

Xəbər  verdiyimiz  kimi Azərbaycanda işsiz vətəndaşlara birdəfəlik olaraq 190 manat ödənilir.

Bu məbləğ yalnız işsizlərə şamil olunur.Məlum məsələdir ki, adına torpaq sahəsi olan şəxslər  bu pulu  ala bilmirdi. Azərbaycan Dövləti  bunu  nəzərə  alaraq  həmin  şəxslərə  də  dəstək  proqramı  hazırlayıb. Vətəndaşın  torpaq  sahəsi  olsa da,onu əkib-becərmək üçün  maddi yardım  tələb  olunurdu.

Oxu24.com xəbər verir  ki,ölkə Prezidnti İlham Əliyev  "Aqrar Sahənin Maliyyələşdirilməsinin Stimullaşdırılması" ilə əlaqədar imzaladığı fərmanla fermerlərin işini asanlaşdırıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, Prezidentin fərmanından sonra  fermerlərə  girovsuz  kreditlər  veriləcək.

Onun sözlərinə  görə,bu imkandan fermerlərin 80 faizi  istifadə  edə  biləcək. Bununla bağlı 60 milyonluq kredit  portfeli var.

Oxşar yazılar