Bakıda müğənnini maşın vurdu, dünyasını dəyişdi

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

AZXEBER.COM xəbər verir ki, hadisə Azadlıq prospektində baş verib.

32 yaşlı Müşərrəf Zeynalova yolu keçərkən onu "Opel” markalı minik avtomobili vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerindən dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, dünyasını dəyişən qadın müğənni olub. O Banu adıyla tanınırmış.

Sosial şəbəkədə fəal olan xanım müğənni 3 gün öncə yeni mahnısını təqdim edibmiş.

 



 

Oxşar yazılar