GÖZLƏNİLMƏZ QƏRAR: 16 bölgədə məktəblər açılır, mağazalar fəaliyyətini bərpa edir

Almaniyada koronavirusla bağlı tətbiq edilən qadağalar qismən mərhələli şəkildə ləğv ediləcək.

Publika.az xəbər verir ki, kansler Angela Merkelin sədrliyi ilə keçirilən toplantının nəticəsinə əsasən ölkənin 16 əyalətində aprel ayının 20-dən etibarən mağazalar, mayın 4-dən etibarən isə məktəblər açılacaq. Həmçinin may ayından etibarən bərbərlər tibbi maska ilə fəaliyyət göstərə bilər. Ölkə miqyasında 1,5 metr məsafə qadağası davam edəcək. Təmas qadağası isə mayın 3-nə qədər qüvvədə olacaq.

Toplantıların təşkili və səyahət etmək qadağası davam edəcək. Qərarə əsasən hökumət hər ay iki dəfə toplanaraq atılacaq addımları dəyərləndirəcək.

Oxşar yazılar