“Karantin mayın 5-nə kimi uzadılacaq...” – Məktəblər yayda açılacaq?

"Burada psixoloji amilləri unutmamalıyıqməktəblilərin adaptasiyaya ehtiyacı var.

 

AzerForum-a açıqlamasında bu sözləri Azərbaycanda mart ayının 3-dən bağlanan tədris prosesininin nə zaman bərpa oluna biləcəyinə toxunarkən təhsil eksperti Kamran Əsədov deyib:

 

"Şagirdlər yaxın aylarda mütləq məktəbə getməlidir. Bu növbəti tədris ilində onların məktəbə inam, etibar məsələsini həll edəcək. Artıq dünyada, istərsə də Azərbaycanda koronavirusa yoluxma statistikasına baxanda vəziyyət bir qədər optimist olmağa imkan verir. Odur ki, may ayında dəsrlərə başlamaq olar”.

 

Ekspert bildirir ki, pandemiyaya yoluxmanın olmadığı ərazilərdə may ayından etibarən şagirdlər dərslərə cəlb edilməlidir: "Təklif edirik ki, heç də ölkənin bütün ərazisində dərslər eyni vaxtda başlamasın. Hansı ərazilərdə yoluxma yoxdur və ya azdırsa, bu yerlərdə dərslərə hissə-hissə başlasaq yaxşı olar. Bu xüsusən məktəblərin buraxılış və qəbul imtahanlarında iştirak edəcək IX-XI sinifləri üçün vacibdir. Ən azından mütləq şəkildə dəsrlərə mayın 10-dan sonra başlamaq olar. Gözləyirəm ki, karantın müddəti azı mayın 5-dək uzadılacaq. Ondan sonra isə mütləq şəkildə karantin qaydaları sadələşdirilməlidir. Çünki yay aylarında dörd divar arasında indiki şəraitdə Bakıda qalmaq insanlar üçün çətin olacaq. Bütün hallarda mayın sonu, iyun olsa da, yalnız iyul ayına keçməməsi şərtilə şagirdlər məktəblərə cəlb edilməlidir. Bu mümkündür və edilməlidir”.

Oxşar yazılar