Məşhur müğənni karantini pozub, qaydaları heçə saydı - FOTO

Böyük britaniyalı məşhur pop ulduz Rita Ora hərəkəti ilə izləyicilərini qəzəbləndirib.

Oxu.az xəbər verir ki, müğənni dünyanı cənginə alan koronavirusla əlaqədər özünütəcrid tədbirlərini heçə sayaraq, karantin rejimini pozub.

Belə ki, martın 15-dən Londondaki evini tərk edib, şəhərətrafı malikanəsinə köçən ulduz tez-tez küçəyə çıxaraq, qonşuları ilə yaxın təmasda olub. Bununla yanaşı, o, evində yaxın dostları ilə əyləncə gecələri təşkil edərək, qonşuların narahatlığına səbəb olub.

Fotosunu sosial şəbəkə hesabında paylaşan R.Ora izləyicilərinin qınağına səbəb olub. Onlar “Qaydalara hörmət etməli və lənətə gəlmiş Londonda qalmalıyıq” kimi şərhlər yazaraq, pop ulduzu tənqid atəşinə tutublar. Yazılan rəylərə isə müğənni heç bir reaksiya verməyib. 

Oxşar yazılar