“Nə qədər qadına, qıza pul xərcləmək olar?” — Kamildən SƏRT SÖZLƏR

“O qədər vicdansız imkanlı adamlar var ki? Ancaq vicdanlı oğullar da çoxdur”.

“Ölkə.Az” xəbər verir ki, bu sözləri Kamil Zeynallı “ Yeni Müsavat” saytında canlı yayımda deyib.

“Nə qədər qadına, qıza, gəzməyə pul xərcləyərlər? Gəlin, birləşək bu çətin gündə kasıb insanlara dəstək olaq. Özümüzə savab qazanaq. Hər şeyi dövlətdən gözləmək olmaz, bizdə əlimizdən gələni etməliyik”,- deyə, o, qeyd edib.

Daha sonra o, onu özünü reklam etməkdə günahlandıranlara da ismarıc yollayıb.

“Məni qınayırlar. Bəziləri deyir sağ əlin verdiyini sol əl bilməməlidir. Baxın, ey əziz məni qınayanlar. Bu gün mən sağ əlimin verdiyini göstərməsəydim mənə bu qədər dəstək çıxmazdı. Bəziləri otururlar evdə,bir kimsə kiməsə yardım edir, bunu işıqlandırır. O dəqiqə düşünürlər ki, özünü reklam edir. Qoy etsin, reklam edir , nə edir, nəticədə o, ehtiyacı olan bir insana köməklik edir. Digərləri də baxıb bundan ilhamlanır. Beləcə yardımsevərlərin sayı artır. O insanlara təşəkkür etmək əvəzinə başlayırlar baltalamağa”.

 Sonda Kamil insanları yardım etmək istəyərkən daha diqqətli olmağa da çağırıb.

“Kiməsə kömək etmək istəyərkən diqqətli olun. O qədər sui-istifadə edənlər var. Yalandan deyirlər ki, ehtiyacım var, yardım edirsən baxırsan ki, heç ehtiyacı yoxdur. Buna görə də əsl ehtiyacı olan insanlar qalır qıraqda”,- deyə, o vurğulayıb.

Ölkə.Az

Oxşar yazılar