Neftin qiyməti 1 dollara düşdü - XƏBƏR YENİLƏNİB

Neft ucuzlaşmaqda davam edir. 

Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 21:42-də Brent nefti 6,7% ucuzlaşma ilə 26,32 dollardan, Qərbi Texas nefti (WTI) isə 1223% ucuzlaşma ilə 1,38 dollardan alıcı tapıb.

Neft qiymətləri, tələbdəki azalma ilə bərabər anbarların (çənlərin) tutumlarının sürətlə dolması ilə əlaqədar olaraq da düşür.  

Neftə qlobal gündəlik tələbin 25-35 milyon barel civarında azaldığı ehtimal edilir. Buna qarşılıq neft ölkələri hasilatlarını cəmi 10 milyon barel azaldırlar. Hasilatın azaldılması həcmi təklif artıqlığını ortadan götürməyə kifayət etmir. 

Oxşar yazılar